Rusiya ABŞ və Kanadaya qarşı yeni əks-sanksiyalar tətbiq edib
Moskva, 21 may, AZƏRTAC
Rusiya ABŞ-a qarşı yeni əks-sanksiyalar tətbiq edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın 963 vətəndaşının ölkəyə girişini qadağan edib. Siyahıdakı şəxslər arasında ABŞ Prezidenti Co Bayden, Dövlət katibi Entoni Blinken, dövlət katibi Kamala Harris, ABŞ Prezidentinin oğlu Hanter Bayden, Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey və digərləri var.
Rusiya XİN bildirib ki, ABŞ-ın “düşmənçilik hərəkətləri” bundan sonra da lazımi şəkildə cavablandırılacaq.
Eyni zamanda, Rusiya Kanadaya qarşı da əks-sanksiyalar tətbiq etməyi planlaşdırır. XİN-in bununla bağlı bəyanatında deyilir ki, Rusiya cavab tədbiri olaraq, yaxın vaxtlarda 26 Kanada vətəndaşına, o cümlədən Kanada Baş nazirinin xanımına, hərbi hava, hərbi dəniz qüvvələrinin və quru qoşunlarının komandanlığına qarşı sanksiya tətbiq edəcək. Onlara Rusiyaya giriş qadağan olunacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Səudiyyə Ərəbistanı Ukraynadakı müharibəyə son qoyulmasına vasitəçilik etmək istəyir
Avropada su balansının pozulması nə kimi təhlükələr yaradır?
“App Store” ekosistemində satışlar 1,1 trilyon dolları ötüb
Kosovo-Mitrovitsa şəhərində serblər əleyhinə mitinq keçirilir
BEA: 2023-cü ildə bərpaolunan enerji istehsalı 30 faiz artacaq