Bərdədə keçirilən qəbul imtahanlarında 1291 nəfər iştirak edib
Bərdə, 21 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin mayın 21-də Bərdə rayonunda keçirdiyi Ali təhsil müəssisələrinin III ixtisas qrupu üzrə qəbul imtahanlarında 1291 nəfər abituriyent iştirak edib.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahanın keçirilməsi üçün 5 imtahan binasında 89 zal ayrılıb. İmtahanın idarə olunması üçün isə 5 ümumi imtahan rəhbəri, 114 zal nəzarətçisi, 15 imtahan rəhbəri, 15 buraxılışı təşkil edən əməkdaş və 5 bina nümayəndəsi cəlb edilib.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən başa çatıb.
Səmərəli reabilitasiya metodlarının tətbiqi üçün yüksək standartlara uyğun şərait yaradılıb
Əmək münasibətlərinin elektronlaşdırılması sahəsində maarifləndirici tədbirlər davam etdirilir
Neftçalada Azərbaycan Polisi Günü qeyd olunub
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib