Bolqarıstan hakimiyyəti ölkədəki ukraynalı qaçqınların sayını açıqlayıb
Sofiya, 21 may, AZƏRTAC
Ukraynadan Bolqarıstana gələn, rəsmi olaraq qaçqın statusu almış miqrantların ümumi sayı 100 mini ötüb.
AZƏRTAC xəbər verir ki, Bolqarıstan Baş nazirinin səmərəli idarəetmə üzrə müavini Kalina Konstantinovanın bəyanatına görə, bu il fevralın 24-dən sonra ümumilikdə 270 min ukraynalı bu Balkan dövlətinə daxil olub, lakin onların əksəriyyəti Bolqarıstan ərazisindən “tranzit zona” kimi istifadə edib. “Ölkəmizdə qanuni olaraq qalanlar rəsmi Sofiyadan yardım almağa davam edəcəklər” – Baş nazirin müavini bildirib. Yaxın gələcəkdə Bolqarıstan hakimiyyətinin bu kateqoriyadan olan şəxslər üçün bələdiyyə və idarə yaşayış binalarında 200 mindən çox çarpayı ayıracağı gözlənilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Böyük Britaniyada koronavirusa yoluxma səviyyəsi 30 faizdən çox artıb
Gürcüstanda ard-arda iki dəfə zəlzələ baş verib
“Aere” tropik qasırğası Yaponiyanın cənub-qərb adalarına yaxınlaşır
Özbəkistan DİN Nukus şəhərində baş verən hadisələrlə bağlı açıqlama yayıb
Cənubi Çin dənizində göyərtəsində 30 nəfər olan gəmi qəzaya uğrayıb