×
A
A
A
Sazlamalar

Serbiyada bomba təhlükəsi ilə bağlı saxta xəbərdarlıqların sayı artmaqdadır

Belqrad, 20 may, AZƏRTAC
Mayın 16-dan bu günədək Serbiyadakı ümumilikdə 231 məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
AZƏRTAC xəbər verir ki, bomba təhlükəsi ilə bağlı saxta xəbərdarlıqlar paytaxt Belqradla yanaşı, Novi Sad, Pirot və Nis şəhərlərində də qeydə alınıb.
Serbiyanın Təhsil, Elm və Texnologiyanın İnkişafı Nazirliyi bu gün 134 məktəbə bomba qoyulması ilə bağlı xəbərdarlıq edildiyini bildirib. Açıqlamada bildirişlərin məktəblərə elektron poçt vasitəsilə göndərildiyi qeyd olunub.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

Dünya 2022-05-21 05:48:00