×
A
A
A
Sazlamalar

Kiyevdə şəhərdaxili marşrutlarda gediş haqqı 50 faiz artıb

Kiyev, 20 may, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə şəhərdaxili marşrutlarda gediş haqqı 50 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev və Kiyev Vilayəti Sərnişin Daşıma Assosiasiyasının rəhbəri İqor Moyseenko bildirib.
Onun sözlərinə görə, qəbul olunan qərara əsasən, mayın 21-dən gediş haqqı 8-10 qrivna olan marşrutların qiyməti 15 qrivna olacaq. Qısaməsafəli marşrutlarda isə gediş haqqı 6 qrivnadan 12 qrivnaya qaldırılacaq.
Marşrutlarda gediş haqqının artması Ukraynada yanacaq qiymətlərinin artımı ilə bağlıdır. Belə ki, son bir ayda ölkədə yanacaq qıtlığı olmaqla yanaşı, qiymət artımı müşahidə edilir. Son iki gündə Ukraynada benzin orta hesabla 15-20 qrivna bahalaşıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2022-05-20 15:29:00