×
A
A
A
Sazlamalar

Aşkarlanmış çatışmazlıq səbəbindən 14 qaz təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib

Bakı, 14 may, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən aprel ayında qaz təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 14 qaz təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 47 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 5 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 11 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

Energetika 2022-05-14 18:55:00