Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Bakı, 13 may, AZƏRTAC
Operativ məlumatlara əsasən, cari ilin aprel ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 46 milyon kVt/saat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,1 milyon kVt/saat, yaxud 1,2 faiz artması deməkdir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aprel ayında elektrik enerjisinin idxalı 10 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 milyon kVt/saat, ixrac isə 11 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 36 milyon kVt/saat azalıb.
Ümumilikdə 2022-ci ilin yanvar-aprel aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 292,2 milyon kVt/saat, yəni 3,3 faiz artaraq 9 milyard 240,1 milyon kVt/saat olub.
Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 232,6 milyon kVt/saat artaraq 8 milyard 621,3 milyon kVt/saat, SES-lərdə 52,2 milyon kVt/saat artaraq 492,6 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 7,4 milyon kVt/saat artaraq 126,2 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 32,2 milyon kVt/saat, günəş elektrik stansiyalarında 18 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 76 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Dörd ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 milyard 350,5 milyon kVt/saat (İES-lərdə 7 milyard 887,5 milyon kVt/saat, SES-lərdə 463 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 116,26 milyon kVt/saat (İES-lərdə 73,9 milyon kVt/saat, SES-lərdə 25,7 milyon kVt/saat, GES-də 16,64 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,1 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 753,2 milyon kVt/saat təşkil edib.
Bu ilin yanvar-aprel ayları üzrə elektrik enerjisinin ixracı 518,6 milyon kVt/saat olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 35,4 milyon kVt/saat azalıb. Bu dövrdə elektrik enerjisinin idxalı isə 40,7 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,6 milyon kVt/saat artıb.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir