Ramazan bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınır VİDEO
Bakı, 2 may, AZƏRTAC
Müqəddəs Ramazan bayramı münasibətilə mayın 2-də səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınır.
AZƏRTAC xəbər verir ki, bayram namazında dualar edilir, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənir.
Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak edirlər.
Bütün müsəlmanlar, o cümlədən Azərbaycan xalqı Ramazan bayramı münasibətilə təbrik edilir, dualar oxunur.
İƏT konfransının iştirakçıları Heydər məscidini ziyarət ediblər
Amil Cavadov: Azərbaycandakı dövlət-din münasibətləri unikallığı ilə dünyada örnəkdir
Telman İsa: Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib