Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
İstanbul, 31 mart, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin rəsmi tviter səhifəsindəki paylaşım “Bir millət, iki dövlət” #Tekmilletikidevlet həştəqi ilə yayımlanıb.
Paylaşımda “104 il əvvəl erməni quldur dəstələri tərəfindən qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqının dərdini könüldən paylaşırıq” ifadələri yer alıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Xəzər Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Bəhreyn qəzetində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub
Küveyt qəzetində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub
Pərvin Kərimzadə: Azərbaycanlılara qarşı soyqırımı aktları bəşər tarixinin ən qanlı faciələridir
Malik Həsənov: Tariximizin hansı dövrünə nəzər salsaq, erməni vəhşiliklərinin şahidi olarıq