Ərəb KİV-lərində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş məqalələr dərc olunub
Qahirə, 30 mart, AZƏRTAC
Ərəb ölkələrinin KİV-lərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Əl Vəsit” və “Əl Hərir” portallarında yayımlanmış məqaləsində 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik quldurlarının Azərbaycanın müxtəlif şəhərlərində törətdikləri qırğınlar barədə məlumat verilib. Müəllif vurğulayıb ki, bu qanlı hadisələrdən 80 il sonra – 1998-ci ilin martında ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Yazıda, həmçinin Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşməndən azad olunmasından da bəhs edilib.
İordaniya mətbuatında isə rus əsilli iordaniyalı jurnalist Yelena Neduqinanın Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş məqaləsi dərc edilib. Müəllifin “Əl Ənbat” qəzetinə bu qanlı hadisələrlə bağlı yazdığı geniş yazısında çar Rusiyasına, sonradan bolşeviklərə arxalanan erməni quldurlarının Bakı, Quba, Şamaxı, Naxçıvan və Azərbaycanın digər şəhərlərində törətdikləri qırğınlar barədə ətraflı məlumat verilib.
Əlcəzairin “Əl Hərir” portalında isə Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı yayımlanan materialda 1918-ci ilin mart-aprel aylarında bolşevik-daşnak quldurlarının törətdikləri cinayətlər tarixi sənədlər və faktlar əsasında təqdim edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəzər Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Bəhreyn qəzetində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub
Küveyt qəzetində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub
Pərvin Kərimzadə: Azərbaycanlılara qarşı soyqırımı aktları bəşər tarixinin ən qanlı faciələridir
Malik Həsənov: Tariximizin hansı dövrünə nəzər salsaq, erməni vəhşiliklərinin şahidi olarıq