Avstraliyanın Sidney şəhərində Novruz bayramı qeyd olunub
Tokio, 25 mart, AZƏRTAC
Avstraliyanın Yeni Cənubi Uels ştatının paytaxtı Sidney şəhərində Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, ştat parlamentinin təşkilatçılığı ilə baş tutan bayram şənliyində millət vəkilləri, Sidney şəhərinin bələdiyyə sədri, Novruz bayramını qeyd edən müxtəlif milli icmaların nümayəndələri iştirak ediblər. Onların arasında Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) sədri Mikayıl Oyta, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının (AAMA) sədri Elxan Məmmədov və digər diaspor nümayəndələri də olublar.
Tədbirdə çıxış edən Mikayıl Oyta bayramın Azərbaycanda keçirilməsinin tarixi, bu bayramla əlaqədar adət-ənənələrimiz barədə geniş məlumat verib. Assosiasiya sədri bayram münasibətilə bütün iştirakçıları təbrik edib, onlara əmin-amanlıq, sülh və rifah içərisində yaşamağı arzulayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
III Yay Düşərgəsinin sonuncu panelində diaspor gənclərinin şəbəkələşməsi prosesi müzakirə edilib
Diaspor Gənclərinin III Yay Düşərgəsi başa çatıb
Diplomatlar III Yay Düşərgəsində diaspor gənclərinin xalq diplomatiyasında rolundan danışıblar