×
A
A
A
Sazlamalar

ABŞ-ın Börnsvil şəhərinin merinə Azərbaycanın coğrafiyası, qədim tarixi, zəngin mədəniyyəti barədə məlumat verilib

Bakı, 11 mart, AZƏRTAC

Minnesota-Azərbaycan Assosiasiyasının İdarə Heyəti üzvlərinin Dakota dairəsindəki Börnsvil (Burnsville) şəhərinin meri xanım Elizabet Kautzla görüşü keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı amerikalı merə icmamız, soydaşlarımızın ştatın ictimai-siyasi və humanitar sahələrinə töhfələri, Azərbaycanın coğrafiyası, qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri və əsrarəngiz təbiəti barədə ətraflı məlumat verilib.
Azərbaycan əsilli amerikalıların fəaliyyətindən və ölkəmiz haqqında eşitdiklərindən çox məmnun olduğunu vurğulayan E.Kautz tanışlıq xarakteri daşıyan görüşün tərəflər üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Minnesota-Azərbaycan Assosiasiyasının sədri Günel Rallis hesab edir ki, Azərbaycan icmasının tanıdılması və fəaliyyətinə diqqəti yönəltmək məqsədilə baş tutan görüş ştatın dövlət strukturlarının nümayəndələri ilə möhkəm əlaqələr qurmaq istiqamətində atılan mühüm addımlardan biridir.

 

Diaspor 2022-03-11 12:02:00