Xocalı soyqırımı miqyasına görə XX əsrdə insanlıq əleyhinə törədilmiş ən böyük cinayətdir
Ağdam, 27 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocalı soyqırımı miqyasına görə XX əsrdə insanlıq əleyhinə törədilmiş ən böyük cinayətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə Ağdam Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ərazisində məskunlaşmış Xocalı sakinləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Əvvəlcə "Şəhidlər" abidə-kompleksi və ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək, ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman törətdiyi faciələrdən, soyqırımı siyasətindən danışıb.
Tədbirin sonunda rayon icra hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının və idarə rəhbərlərinin iştirakı ilə Xocalı sakinləri fərdi şəkildə qəbul edilərək dinlənilib, problemlərinin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Həmin gün rayon ərazisində məskunlaşmış Xocalı rayonundan olan 70 məcburi köçkün ailəsinə ərzaq yardımı edilib.
İmişlidə maşın su kanalına düşüb, xəsarət alanlar var
Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Göyçayın xurma bağlarında yayılmış xəstəlik məhsuldarlığa təsir edibmi? FOTO
Özünəməxsus dadı var, dərman kimi də istifadə olunur VİDEO
Kənd Təsərrüfatı Nazirliyində Ege Universitetinin rəhbərliyi ilə görüş keçirilib