Odessada Xocalı soyqırımı ilə bağlı bilbordlar quraşdırılıb
Bakı, 27 fevral, AZƏRTAC
Ukraynanın Odessa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Odessa şəhərində fəaliyyət göstərən “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyevin təşkilatçılığı ilə baş tutan aksiya zamanı şəhərin mərkəzi küçələrində “Xocalıya ədalət!” şüarının, Bakıdakı Xocalı soyqırımı abidəsinin təsvirinin əks olunduğu bilbordlar yerləşdirilib. Ölkədə müharibənin getməsinə baxmayaraq, müvafiq orqanlar əvvəlcədən sifariş edilən bu aksiyanın gerçəkləşdirilməsi üçün üzərilərinə düşən vəzifəni yerinə yetiriblər.
Aksiya Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi, xalqımızın haqq səsinin yerli ictimaiyyətə çatdırılması və bu faciənin beynəlxalq aləmdə tanıdılması məqsədilə həyata keçirilir.
Ağdaban faciəsindən 31 il ötür
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ermənilərin soyqırımı siyasətini dayandırdı
31 Mart soyqırımı - erməni faşizminin antibəşəri siması
Mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən qanlı terror aktlarından biridir