Aktauda Xocalı faciəsinin 30 illiyi ilə bağlı anım tədbiri keçirilib
Aktau, 27 fevral, AZƏRTAC
Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycanın Aktaudakı Baş Konsulluğunun rəhbəri Elmar Məmmədov 1992-ci ilin fevral ayında Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində yaşayan azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş soyqırımı haqqında məlumat verərək, ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasətindən danışıb.
Diplomat bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir.
Tədbir iştirakçıları mənfur düşmənin xalqımızın başına gətirdikləri müsibətləri hiddətlə pisləyiblər. Bu amansız faciənin xalqımızın yaddaşından heç zaman silinməyəcəyi, dünya azərbaycanlılarının "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi naminə fədakarlıqla çalışdıqlarını bildiriblər.
Tədbirdə Xocalı soyqırımı faciəsini əks etdirən fotosərgi nümayiş olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau
Ağdaban faciəsindən 31 il ötür
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmiz ermənilərin soyqırımı siyasətini dayandırdı
31 Mart soyqırımı - erməni faşizminin antibəşəri siması
Mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən qanlı terror aktlarından biridir