×
A
A
A
Sazlamalar

Alən Tremolyer: Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla andıq

Paris, 27 fevral, AZƏRTAC

Bu axşam anım tədbiri iştirakçıları ilə birlikdə Xocalı qurbanlarının xatirəsini ehtiramla andıq. Belə anım tədbirlərinin keçirilməsi çox vacibdir. Belə fəlakətlər çox qəmlidir, ancaq həqiqəti axtarmaq üçün onlar daim xatırlanmalıdır. Bilirik ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindəndir. Anım tədbirləri ilə fəlakətin qurbanlarını yad etməklə bərabər, o qanlı gecədə öldürülən insanların xatirələrini də yeniləyir, onları unudulmaz edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri fransız vəkil Alən Tremolyer Parisdə Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş tədbirdə deyib.
Bildirib ki, belə tədbirlər fəlakətləri, eləcə də qurbanların xatirəsini unutmamağa, ona dair tarixi faktlarla bağlı təhlil aparmağa şərait yaradır. Həmçinin, sülh axtarışına imkan yaradır. Hansı dövrdə və harada yaşamasından asılı olmayaraq insanın əsas axtarışı sülh olmalıdır.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Qan yaddaşı 2022-02-27 01:55:00