×
A
A
A
Sazlamalar

“Xocalı soyqırımı – 30” adlı virtual sərgi hazırlanıb

Naxçıvan, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası tərəfindən hazırlanan “Xocalı soyqırımı – 30” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim edilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sərgidə “Xocalı yaddaşı”, “Əsrin faciəsi - Xocalı”, “Xocalı harayı”, “Terror: hadisələr, faktlar, sübutlar”, “Soyqırım muzeyi”, “Hocalı katliamı”, “Xocalı qırğını”, “Xocalı soyqırımının qurbanları”, “Xocalı soyqırımı”, “Xocalıda kəsilən başlar”, “Böyüməyən uşaqlar”, “Torpaq qan ağlayır”, “Dünya susmasın gərək”, “Soyqırım”, “Şəhid Xocalı”, “Ходжалы хроника геноцида”, “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth” və digər kitablar nümayiş olunur.
Səhifələrdə yerləşdirilmiş linklər vasitəsilə Xocalı qətliamı ilə bağlı müxtəlif vaxtlarda dövri mətbuatda dərc edilmiş məqalələrə də keçid etmək mümkündür. Sərgi ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://docs.google.com/presentation/d/1I9OZv2Xf_PhytCrQeMixCQtkRvbnw7-xJX_toIIL3-I/mobilepresent?slide=id.gbe5bc105fb_0_0 .

 

Regionlar 2022-02-25 17:42:00