×
A
A
A
Sazlamalar

#prokurorluqdanizah: Növbəti videoçarxda “İştirakçılıq nədir?” sualı cavablandırılıb VİDEO

Bakı, 27 yanvar, AZƏRTAC

Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sahələri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.
Təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Əbdülsəməd Əzizli “İştirakçılıq nədir?” sualını cavablandırıb.
Videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından izləməklə həmin sualın cavabını öyrənmək olar.

 

Sosial 2022-01-27 19:17:00

Video