×
A
A
A
Sazlamalar

Müalicə haqlarını ödəmək üçün maddi yardımlara hansı güzəşt tətbiq olunur?

Bakı, 27 yanvar, AZƏRTAC

Müalicə haqlarını ödəmək üçün maddi yardım və birdəfəlik müavinət almış şəxslərə vergi güzəşti tətbiq olunur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bununla bağlı sözügedən sahələr üzrə bəzi məbləğlər gəlir vergisindən azad edilib.
Belə ki, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsinə, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50 min manatadək olan hissəsinə vergi güzəşti verilir.
Müalicə (o cümlədən cərrahiyyə əməliyyatı) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildiyi halda verilir.

Maliyyə 2022-01-27 18:48:00