×
A
A
A
Sazlamalar

Mərkəzi Bank: 17 fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib

Bakı, 26 yanvar, AZƏRTAC

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə 17 fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə AMB-dən verilən məlumatda bildirilir.

 

Maliyyə 2022-01-26 20:02:00