×
A
A
A
Sazlamalar

Azərbaycanda 18 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb

Bakı, 26 yanvar, AZƏRTAC

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.1-ci maddəsinə müvafiq olaraq verilmiş təqdimatların vaxtında və ya tam yerinə yetirilməməsi ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə 18 fiziki şəxs olan sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AMB-dən verilən məlumatda bildirilir.

Maliyyə 2022-01-26 16:19:00