×
A
A
A
Sazlamalar

Ötən il Bakı-Tbilisi-Ceyhan kəməri ilə 26,4 milyon neft daşınıb

Bakı, 26 yanvar, AZƏRTAC

Ötən il magistral neft kəmərləri ilə 35 milyon 18 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, nəqletmənin 75,5 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və il ərzində bu kəmər vasitəsilə 26 milyon 421,5 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə 3 milyon 598,4 min ton tranzit nefti də nəql olunub.

 

Neft - qaz 2022-01-26 14:50:00