×
A
A
A
Sazlamalar

Rumıniya, Yunanıstan və Xorvatiya KİV-i 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayıb

Buxarest, 21 yanvar, AZƏRTAC

Rumıniya, Yunanıstan və Xorvatiyanın aparıcı KİV-i 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayıb.
AZƏRTAC xəbər verir ki, məqalələrdə 1990-cı ilin 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyi yolunda keçdiyi faciəli və şərəfli yol olduğu bildirilir. Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusunun 26 min nəfərlik kontingenti Azərbaycanın Bakı, Sumqayıt və digər şəhərlərinə yeridilib, bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxsin qətlə yetirilib və 744 nəfər ağır xəsarət alıb.
Vurğulanır ki, faciədən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Qan yaddaşı 2022-01-21 17:53:00