×
A
A
A
Sazlamalar

Masallıda azadlıq mücahidlərinin xatirəsi yad edilib

Masallı, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 20-də Masallı şəhərindəki “Qəhrəmanlar parkı”nda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə keçirilən ümumrayon tədbirində azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri “Şəhidlər” abidə-kompleksi” önünə əklillər, gül dəstələri düzüblər.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.
Anım tədbirində qeyd olunub ki, 1990-cı il yanvarın 19-da Bakıya sovet ordusunun yeridilməsi Azərbaycanda qətliamla nəticələndi. Bu, xalqımıza qarşı soyqırımı, haqqa-ədalətə vurulan ağır zərbə, bəşəriyyətə, humanist ideyalara yönələn terror aktı idi.

Regionlar 2022-01-20 18:14:00