×
A
A
A
Sazlamalar

Şəhidlərimizə borcluyuq - Ümumxalq Hüzn Günündə bölgələrdən fotoreportaj

Bakı, 20 yanvar, AZƏRTAC

Bu gün Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günü qeyd olunur. Qışın bu soyuğuna baxmayaraq, insanlar xalqımızın müqəddəs ziyarətgahlarına çevrilən Şəhidlər xiyabanlarını ziyarət edir, ölkəmizin azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzür, onların əziz xatirələrini ehtiramla anırlar.
İllər keçsə də Azərbaycan xalqının şəhidlərinə olan ehtiramı nəinki azalmır, əksinə, daha da artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. 30 illik işğaldan sonra Qarabağımız məhz şəhidlərimizin qəhrəmanlığı, canı-qanı bahasına azad edilib. Bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan əsgərinə, qəhrəman şəhidlərimizə borcluyuq.
AZƏRTAC Ümumxalq Hüzn Günü ilə əlaqədar bölgələrimizdə Şəhidlər xiyabanlarından çəkilən fotoreportajı təqdim edir.

 

 

Regionlar 2022-01-20 17:49:00