×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinə həsr edilmiş sərgi-stend hazırlanıb

Bakı, 20 yanvar, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) kitabxanasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş sərgi-stend təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, sərgi-stenddə 20 Yanvar hadisələrinin dəhşətli faktlarını özündə əks etdirən kitablar və qəzet materialları yer alıb. 1990-cı ilin Qanlı Yanvar gecəsindən, Azərbaycan xalqına qarşı törədilmiş qətliamın acı həqiqətlərindən bəhs edən sərgi-stend tələbə, magistrant və gənc əməkdaşların müasir tariximizin, eyni zamanda, həm faciəvi, həm də qəhrəmanlıq salnaməsi haqqında maarifləndirilməsi məqsədi daşıyır.
Tələbə gənclərin Azərbaycan tarixini yaxşı bilmələri və onların vətənpərvərlik ruhunda tərbiyə olunması MDU-da daim diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, sərgi-stend Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş Tədbirlər Planı çərçivəsində təşkil olunub.

 

Regionlar 2022-01-20 16:51:00