×
A
A
A
Sazlamalar

Masallı İncəsənət Məktəbində “Qan yaddaşımız” mövzusunda ədəbi-bədii proqram nümayiş etdirilib

Masallı, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı İncəsənət Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş “Qan yaddaşımız” adlı ədəbi-bədii proqram nümayiş olunub.
Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, məktəbin kollektivi, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ayaz Əliyev çıxış edərək, 20 Yanvar faciəsini ölkəmizin müstəqilliyi və xalqımızın azadlığı yolunda vacib tarixi-siyasi mərhələ kimi dəyərləndirib, qanlı hadisələrin ölkəmizin müasir tarixinə hüzn və qürur səhifəsi olaraq əbədi yazıldığını söyləyib.
Sonra 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii proqram təqdim olunub.
Tədbirdə məktəbin şagirdlərinin ifasında qanlı hadisələrin qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Regionlar 2022-01-20 15:13:00