×
A
A
A
Sazlamalar

20 Yanvar şəhidlərinin xatirəsi Naftalanda yad edilib

Naftalan, 20 yanvar, Elcan Məmmədov, AZƏRTAC

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Naftalan şəhərində anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Şəhidlərin xatirəsinə məşəllər yandırılıb, matəm musiqisi səsləndirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, şəhər icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyətin nümayəndələri şəhidlərin əziz xatirəsinə ucaldılmış memorial xatirə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi ölkəmizin bütün ərazisində olduğu kimi, Naftalan şəhərində də bir dəqiqəlik sükutla yad olunub. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayandırılıb.

Regionlar 2022-01-20 14:05:00