×
A
A
A
Sazlamalar

Masallıda “Qan yaddaşımız” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Masallı, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC
“Masallı gənclər evi”ndə Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “Qan yaddaşımız ” mövzusunda rayonun tam orta və ümumi orta məktəblərinin IX-XI sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar və Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Müsabiqənin yekun nəticələrinə əsasən Masallı şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ləman Səfərova birinci, “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi Əliyeva Ayşən ikinci, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi Əzizə İsmayılova üçüncü yerə layiq görülüblər.
İnşa-yazı müsabiqəsində fərqləndiyinə görə isə Masallı şəhər 6 nömrəli tam orta məktəbin IX sinif şagirdi Zəhra Cabbarova diplomla mükafatlandırılıb.
Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin və “Masallı gənclər evi” sosial xidmət müəssisəsinin diplomları təqdim olunub.

Regionlar 2022-01-19 23:01:00