×
A
A
A
Sazlamalar

Nizami Kino Mərkəzi 20 Yanvar faciəsi ilə əlaqədar repertuarda dəyişikliklər edib

Bakı, 19 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, yanvarın 20-də kinomərkəzin repertuarında olan komediya janrında filmlərin nümayişi dayandırılacaq.
Repertuara Salnamə Studiyasının çəkdiyi, 1990-cı il Yanvar hadisələrini əks etdirən, rejissor Nizami Abbasın “Silahdaşlar” filmi daxil ediləcək.
Film yanvarın 20-də saat 12:00-da və 15:00-da nümayiş olunacaq.
Seanslara giriş sərbəstdir.

Mədəniyyət 2022-01-19 18:34:00