“Tata Steel Masters”: Şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda Aniş Giri ilə qarşılaşacaq
Bakı, 17 yanvar, AZƏRTAC
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin üçüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov üçüncü turda Niderland şahmatçısı Aniş Giri ilə mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız ötən iki turda Rusiya təmsilçiləri Daniil Dubov və Andrey Yesipenko ilə qarşılaşmaları heç-heçə ilə başa vurub.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Yarışda 14 şahmatçı iştirak edir.
“Chessable Masters”: Şəhriyar Məmmədyarov ardıcıl üç turda qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 2021/2022-ci il mövsümünün ən məhsuldar oyunçusu müəyyənləşib
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə yekun vurulub
"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Güləş üzrə yığma komandalarımız təlim-məşq toplanışlarını davam etdirirlər