×
A
A
A
Sazlamalar

İtaliyada vaksin sertifikatı olmadan ictimai nəqliyyatdan istifadə edənlər cərimələnirlər

Roma, 8 dekabr, AZƏRTAC

İtaliyada dekabrın 6-dan qüvvəyə minən yeni qaydalar çərçivəsində vaksin sertifikatı olmadan ictimai nəqliyyatdan istifadə edənlər cərimələnirlər.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən gün polis 132 min 807 nəfərin sənədlərini yoxlayıb. Onlardan 611-i vaksin sertifikatı olmadığı, 3535 nəfəri isə tibbi maskadan istifadə etmədiyi üçün sanksiyaya məruz qalıb.
Qeyd edək ki, “Super yaşıl keçid kartı” (“Super green pass”) adlandırılan yeni qaydalar yanvarın 15-dək qüvvədə olacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2021-12-08 20:48:00