×
A
A
A
Sazlamalar

Tbilisi şəhər sakini Tofiq Rəhimov: Heydər Əliyev dünyanın nadir və güclü tarixi şəxsiyyətlərindən biridir

Tbilisi, 8 dekabr, AZƏRTAC

Bu günlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ili tamam olur. Bu, Gürcüstanda yaşayan azərbaycanlılar üçün də çox ağır itkidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisi şəhər sakini Tofiq Rəhimov söyləyib.
Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman tarixi Vətən - Azərbaycanla, eləcə də onun liderləri ilə fəxr ediblər, bu gün də fəxr edirlər. Heydər Əliyev dünyanın nadir və güclü tarixi şəxsiyyətlərindən biridir. Bu cür insanlar tarixdə az olurlar. Xoşbəxt insanlardanıq ki, bizim də belə bir şəxsiyyətimiz olub və o, bu gün də hamımızın qəlbində yaşayır.
Tofiq Rəhimov deyib: “Yaxşı xatırlayıram, Azərbaycan və Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra çox ciddi çətinliklərlə üzləşdi. Hər iki ölkədə çox ciddi problemlər var idi. O zaman Heydər Əliyev Azərbaycanın da ağır vəziyyətdə olmasına baxmayaraq Gürcüstana dost əlini uzatdı. Bizə hərtərəfli yardım etdi. Bu gün Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi Ərzrum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də digər layihələrin də müəllifi məhz Heydər Əliyevdir. Biz çox sevinirik ki, Heydər Əliyevin vəfatından sonra Azərbaycanda onun layiqli varisi İlham Əliyev prezident seçildi. Prezident İlham Əliyev də Ulu Öndərin yolunu davam etdirərək bizi diqqətdən kənarda qoymur. Bu gün çox sevinirik ki, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində torpaqlar işğaldan azad edilib. Gürcüstana da kifayət qədər kömək edilir. Bu, bizim üçün çox böyük və vacib dəstəkdir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Siyasət 2021-12-08 05:07:00