® ABB Ağdamda ağacəkmə aksiyası keçirib
ABB Ağdamda ağacəkmə aksiyası keçirib. Aksiyada Bankın 150-dən çox əməkdaşı iştirak edib.
Tədbirdən əvvəl Ağdamdakı Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərimizin xatirəsi anılıb. Daha sonra ABB əməkdaşları yenidən qurulacaq Ağdam şəhərinin baş planına uyğun olaraq yaşıllıq zonası üçün nəzərdə tutulmuş ərazidə ağaclar əkiblər. Ardınca Ağdam məscidinə və Şahbulaq qalasına ekskursiya olub.
Ağacəkmə aksiyasına Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi də dəstək verib.
Qeyd edək ki, ABB bankçılıq fəaliyyəti ilə yanaşı, bu cür faydalı sosial layihələri də mütəmadi davam etdirir. Ağdamda ağacəkmə aksiyası ABB-nin işğaldan azad edilmiş torpaqlarımızda reallaşdırdığı korporativ sosial məsuliyyət layihələrindən daha biridir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, “https://abb-bank.az/” rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib