×
A
A
A
Sazlamalar

Zərdabda məişət zorakılığı, erkən nikah, narkomaniya, dini radikalizm və onların fəsadları müzakirə edilib

Bakı, 7 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab Rayon İcra Hakimiyyəti (RİH) və rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Məişət zorakılığı, erkən nikah, narkomaniya və dini radikalizm” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Zamil Əliyev, RPŞ-nin əməkdaşları Murad Asifoğlu, Şahid Lətifov, məktəbin direktoru Zülfiyyə Əliyeva, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxışlar zamanı məişət zorakılığı, erkən nikah, narkomaniya, dini radikalizm və onların fəsadları haqqında ətraflı məlumat verilib. Bu kimi problemlərin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıtdığı qeyd edilib. Bildirilib ki, belə hallara qarşı mübarizədə hər bir ölkə vətəndaşının üzərinə böyük vəzifə və məsuliyyət düşür.
Sonda mövzu ilə bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilib.

Regionlar 2021-12-07 12:13:00