×
A
A
A
Sazlamalar

Cəlilabad və Lənkəran rayonlarında ictimai yerlərdə koronavirus xəstələri aşkarlanıb

Cəlilabad-Lənkəran, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayon sakini Ş.Muradova və İ.Babayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq edilən qaydalara riayət etmələri, yaşayış yerlərini tərk etməmələri tapşırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Ş.Muradovun və İ.Babayevin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdikləri müəyyən edilib. Onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Lənkəranda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş A.Axundzadənin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə A.Axundzadə ictimai yerdə aşkarlanıb. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.

 

 

Regionlar 2021-12-07 11:22:00