×
A
A
A
Sazlamalar

Naxçıvanda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib

Naxçıvan, 6 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən yarışda batareyaların şəxsi heyətinin tam təchizatı, fərdi və qrup halında normativləri yerinə yetirmə bacarıqları yoxlanılıb.
Yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.
Ümumi nəticələrə əsasən tank əleyhinə idarəolunan raketlər batareyası birinci olub.
Qalib batareyanın şəxsi heyəti Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən həvəsləndirilərək mükafatlandırılıb.

 

 

Regionlar 2021-12-06 19:02:00