×
A
A
A
Sazlamalar

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisinin 52 faizi minalardan təmizlənib

Bakı, 6 dekabr, AZƏRTAC

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sənaye Parkına ayrılmış 200 hektar ərazinin bu günədək 105 hektarı (52 faizi) minalardan təmizlənib. Sənaye Parkının konseptual planı hazırlanıb və yaxın günlərdə Parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.
Qeyd edək ki, Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

Regionlar 2021-12-06 15:22:00