×
A
A
A
Sazlamalar

Masazırda şəhid Nicat Salahovun xatirəsi anılıb

Xırdalan, 6 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkəmizin bütövlüyü uğrunda silaha sarılaraq qəhrəmancasına döyüşən, öz canını Vətəninə qurban verən əsgər Salahov Nicat Fikrət oğlunun yaşadığı Abşeron rayon Masazır qəsəbəsində il mərasimi keçirilib.
Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin, Abşeron rayon Prokurorluğunun, Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının, Abşeron rayon İdman və Gənclər İdarəsinin rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, gənclər və rayon ictimaiyyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.
Tədbir çərçivəsində rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova şəhidin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.

Regionlar 2021-12-06 12:42:00