×
A
A
A
Sazlamalar

Muxtar respublikada çöl heyvanların qışlaması üçün yem ehtiyatı yaradılır

Naxçıvan, 6 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqların icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən biotexniki tədbirlərə hazırlıq işləri davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ekoloqlar Ordubad rayonunun Kotam kəndi yaxınlığında 700 metr hündürlükdə yerləşən Əlkar dağında olub, növbəti biotexniki tədbiri həyata keçiriblər.
Əraziyə 100 kipə yaxın qaba yem və 2 tondan çox daş duz gətirilərək ehtiyat məqsədilə yerləşdirilib. Daş duz ehtiyatından 500 kiloqram istifadə edilməklə muflon və bezoar keçilərinin qidalanması üçün ərazilərə səpilib.
Qeyd edək ki, bundan əvvəl Şərur, Babək, Culfa və Şahbuz rayonlarında da belə tədbirlər həyata keçirilib. Biotexniki tədbirlərin muxtar respublika ərazisində, xüsusən də yabanı faunanın daha geniş yayıldığı ərazilərdə davam etdirilməsi nəzərdə tutulur.

 

Regionlar 2021-12-06 12:20:00