×
A
A
A
Sazlamalar

Bir qardaşın ehtiyatsızlığı o biri qardaşın ölümünə səbəb olub

Ucar, 5 dekabr, AZƏRTAC

Ucarda ehtiyatsızlıq səbəbindən ölüm hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün rayonun Alpout kəndində baş verib. Belə ki, kənd sakini 2010-cu il təvəllüdlü Pünhan Tofiq oğlu Abbasovun əlindəki ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə qardaşı, 2007-ci il təvəllüdlü Salik Tofiq oğlu Abbasov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2021-12-05 22:20:00