×
A
A
A
Sazlamalar

Könüllü gənclər Ahıllar evinin sakinlərini ziyarət ediblər

Naxçıvan, 4 dekabr, AZƏRTAC

Muxtar respublikada könüllülük həftəsi çərçivəsində keçirilən tədbirlər davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Könüllülük sərhəd tanımır!” devizi altında könüllü gənclər Şahbuz şəhərindəki Ahıllar evinin sakinlərini ziyarət ediblər.
Sosial könüllülər ahıllar evinin sakinləri ilə çay süfrəsi arxasında səmimi söhbət edib, onların səhhəti və qayğıları ilə maraqlanıblar. Gətirilən hədiyyələr ahıllara təqdim olunub.

 

 

 

Regionlar 2021-12-04 19:33:00