×
A
A
A
Sazlamalar

Muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 182 min 891-ə çatıb

Naxçıvan, 4 dekabr, AZƏRTAC

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 noyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 181891-ə çatıb. Bunun da 170244-ü və ya 93,6 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-oktyabr aylarında açılmış 37812 bank hesabının 37772-si aktiv hesablar olub.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 noyabr 2021-ci il tarixə 1501-ə çatdırılıb.

 

 

Regionlar 2021-12-04 16:41:00