×
A
A
A
Sazlamalar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST-lə əməkdaşlıq memorandumu imzalayacaq VİDEO

Bakı, 4 dekabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri VIII Qlobal Bakı Forumunun nəticələrinin və gələcək əməkdaşlığın müzakirəsi üçün Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Tedros Adhanom Qebreyesus ilə görüşüblər.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı VIII Qlobal Bakı Forumunda elan olunan 22-ci Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib, Mərkəzlə ÜST arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılır, əməkdaşlıq memorandumunun imzalanması razılaşdırılıb.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Monteneqronun sabiq Baş naziri İqor Lukşiç, Rumıniyanın sabiq Baş naziri Petre Roman, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov, Baş katibin müavini İlahə İbrahimli və Mərkəzin əməkdaşı Asim Şahsuvarlı iştirak ediblər.

 

Siyasət 2021-12-04 12:16:00

Video