×
A
A
A
Sazlamalar

“Məktəblilər üçün karyera məsləhətçisi” təliminə 25 şagird cəlb olunub VİDEO

Sabirabad, 3 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

“Məktəblilər üçün karyera məsləhətçisi” adlı layihə üzrə Sabirabadda təlimlər davam etdirilir. Təlimə 25 uşaq cəlb olunub. Yaxın günlərdə təlimi başa vuran şagirdlərə sertifikatlar təqdim ediləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsində Sabirabaddan 3 layihə qalib olaraq seçilib. Onlardan biri də “Məktəblilər üçün karyera məsləhətçisi” layihəsidir.
Layihə koordinatoru Rəşad Qurbanovun verdiyi məlumata görə, layihə üzrə Sabirabad rayonunun Qarağac kənd tam orta məktəbində təlimlər davam etdirilir. Ümumilikdə, 14 təlim keçiriləcək. Artıq 10 təlim başa çatıb. Təlimlər şagirdlərin karyera qurması istiqamətində müxtəlif sahələri əhatə edir. Şagirdlərə karyera qurulmasının ilkin planları, onların müəyyən edilməsi və hədəflər üzrə təlimlər keçirilir.
Layihə rəhbəri Aynur Mənsimova isə bildirib ki, layihə məktəblilərin karyera inkişafına dəstək məqsədi daşıyır. Hazırda Qarağac kəndində keçirilən təlimdə 25 uşaq iştirak edir. Onlar 7-11-ci sinif şagirdləridir.
Qeyd edək ki, “Məktəblilər üçün karyera məsləhətçisi” layihəsi üzrə təlimlərə noyabrın 1-dən start verilib.

Regionlar 2021-12-03 14:42:00

Video