×
A
A
A
Sazlamalar

Azərbaycanın və Səudiyyə Ərəbistanının Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Əl-Riyad şəhərində Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin birinci raundu keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələrdə Səudiyyə Ərəbistanı tərəfini xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Xureyci, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil ediblər.
Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.

Siyasət 2021-11-29 18:18:00