×
A
A
A
Sazlamalar

Avstraliyanın Sidney şəhərində Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Sidney, 9 noyabr, AZƏRTAC

Avstraliyanın Sidney şəhərində burada yaşayan soydaşlarımız tərəfindən Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-ın Avstraliya üzrə xüsusi müxbirinə Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) sədri Mikayıl Oyta məlumat verib. Diaspor təşkilatının sədri bildirib ki, AAA-nın 45-dək üzvü 20 avtomobildə əllərində Azərbaycan, Türkiyə və Avstraliyanın dövlət bayraqları ilə məşhur Sidney körpüsünün üzərindən keçiblər.
Sonra bayraqları əllərində yellədərək yerli sakinlərə Zəfər Günü barədə məlumatlar çatdırıblar. Aksiya zamanı Azərbaycan xalqının Vətən müharibəsində böyük Zəfəri qeyd edilib, şəhidlərimizin ruhuna dualar oxunub.
Təşkilatın müraciəti nəzərə alınaraq aksiya iştirakçılarının təhlükəsizliyi Sidney polisi tərəfindən mühafizə olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2021-11-09 18:41:00