×
A
A
A
Sazlamalar

“Din-milli birliyimizin təminatçısı kimi” adlı müsabiqənin qalibləri müəyyənləşib

Bakı, 6 noyabr, AZƏRTAC

Mənəvi Dəyərlərin Təbliği Fondunun din xadimləri və dini icma sədrləri (İslam və qeyri-islam) arasında elan etdiyi “Din-milli birliyimizin təminatçısı kimi” adlı müsabiqənin qalibləri müəyyən olunub.
Fonddan AZƏRTAC-a bildirilib ki, oktyabrın 1-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu noyabrın 2-də başa çatıb. Müsabiqəyə təqdim edilən materiallar Qiymətləndirmə Komissiyasının üzvləri - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, Sumqayıt Dövlət Universitetinin müəllimi, yazıçı Əli Rzazadə tərəfindən yoxlanılıb.
Müsabiqədə birinci yeri Sumqayıt şəhəri, “Cümə” məscidinin imamı Gülağa İsmayılov qazanıb. İkinci yerə iki, üçüncü yerə üç nəfər çıxıb. 5 nəfər isə həvəsləndirici yerə layiq görülüb.

Din 2021-11-06 01:03:00