×
A
A
A
Sazlamalar

Cənub-Şərqi Asiyada yaşayan gənc həmvətənlərimiz 8 Noyabr- Zəfər Gününü təbrik edirlər

Kuala Lumpur, 4 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Gününün birinci ildönümünün təntənə ilə qeyd olunmasına xaricdəki həmvətənlərimiz də böyük sevinc və qürur hissi ilə hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyinin akkreditə olduğu ölkələrdə yaşayan həmvətənlərimiz bu möhtəşəm bayramla əlaqədar xüsusi aksiya hazırlayıblar. Şəhidlərin, qazilərin canı və qanı bahasına qazanılan bu tarixi Qələbənin əhəmiyyətini gənc nəslə ən layiqli şəkildə çatdırmaq üçün icma uşaq və yeniyetmələrin iştirakı ilə “Zəfər Günün mübarək olsun, Vətən!” adlı fotolayihə təşkil edib.
Layihəyə əsasən Malayziyada, Bruney Darüssəlamda, Tailandda və Myanmada yaşayan azyaşlı və yeniyetmə həmvətənlərimiz yaşadıqları ölkələrdə Azərbaycanın dövlət bayrağı ilə foto çəkdirərək, öz təbrik mesajlarını səfirliyə göndəriblər. Həmin təbrikləri təqdim edirik:
Bruney Darüssəlamdan Azər: Vətənimlə və müzəffər Ordumla fəxr edirəm!
Malayziyadan İbrahim: İgid Ordum və Prezidentimlə fəxr edirəm!
Tailanddan Sara: Səni sevirəm Azərbaycan!
Malayziyadan Banu: Eşq olsun Azərbaycan Prezidentinə! Yaşasın Azərbaycan Ordusu!
Myanmadan Aişə: Gözəl Vətənim Azərbaycanla və güclü Ordumuzla fəxr edirəm!
Malayziyadan Nərmin: Vətənim Azərbaycan və qəhrəman Ordumla fəxr edirəm!
Tailanddan Zərifə: Axşamüstü qoy uzaqdan, havalansın Xanın səsi, Qarabağın şikəstəsi! Zəfər Günün mübarək, Azərbaycan!
Malayziyadan Dəniz, Aylin və Şəms: Biz Vətənimiz Azərbaycan, Ali Baş Komandanımız və Ordumuzla fəxr edirik!
Malayziyadan Ayla: Qəhrəman Ordumuzla və Müzəffər Ali Baş Komandanımızla qürur duyuram! Təbriklər Azərbaycan!
Tailanddan Əmrə: Zəfər Günün mübarək, Azərbaycan! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!
Malayziyadan Fərəh və Rəşid: Qarabağ Azərbaycandır! Təbrik edirik Azərbaycan!
Azərbaycanın Malayziyadakı səfirliyi layihədə iştirak edən azyaşlı və yeniyetmələrə, eləcə də bu vətənpərvərlik məzmunlu layihənin ərsəyə gəlməsində töhfəsi olan bütün həmvətənlərimizə təşəkkür edir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur

Diaspor 2021-11-04 12:08:00