×
A
A
A
Sazlamalar

Breyn-rinq üzrə “Cənub kuboku-2021” intellektual yarışmasının qalibləri müəyyənləşib

Astara, 27 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında Breyn-rinq üzrə “Cənub Kuboku-2021” intellektual məktəb çempionatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çempionatda Masallı, Astara, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad və Salyan rayonlarından olan komandalar mübarizə aparıb.
Bilik yarışmasında “Salyan” komandası birinci, “Lənkəran” komandası ikinci, “Astara” komandası üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə Təhsil Nazirliyinin hədiyyələri, medallar və kuboklar təqdim olunub.

Regionlar 2021-10-27 21:17:00